Gözəl, ekoloji cəhətdən təmiz, davamlı və allergik reaksiyalara səbəb olmayan rattan məhsullarımız xüsusi rahatlıq atmosferi yaradır.
Rattan mebellərinin karkası mebel sənayesi üçün nəzərdə tutulmuş dəmir boru və profillərdən hazırlanır.İstehsalında əl əməyindən geniş istifadə olunur. Dəmir hissələr toz boya ilə boyanır və 200° C dərəcədə xüsüsi sobalarda bişirilir. Bu da paslanmanın və çürümənin qarşısını alır.
Rattan mebel məhsullarımızın döşəklərinin hazırlanması üçün istifadə olunan parçalar keyfiyyətli və su keçirməzdir.