Kotlet, küftə və digər yeməklər üçün inqridyentlər hazırlamaq istəyirsiniz mi? O zaman, BOSCH MFW66020 ətçəkən maşını sizin üçün əla seçimdir. 1800 W gücün sayəsində, BOSCH MFW66020 dəqiqədə 3 kq qədər əti emal edir.İçli küftə (kebbe) və evdə hazırlanmış kolbasaların bişirilməsi üçün, komplektə iki xüsusi taxma daxildir. Qiymənin xırdalanması və konsistensiyası müxtəlif diametrdə olan dəliklərlə, üç əvəzlənə biləcək qəfəs ilə tənzimlənir. Revers funksiyası şnekin əks istiqamətə çevrilməsini təmin edir, bu da onun ət damarlarından və digər məhsulların qalıqlarından təmizlənməsini asanlaşdırır. Xüsusi bir qoruyucu, ətçəkənin mühərrikini aşırı yükləmədən qoruyur və qüsurları aradan qaldırır. Aşırı qızma baş verən hallarda isə, onu söndürür. Rezinlənmiş ayaqlar, ətçəkənin sabit dayanmağını təmin edir. Cihazın səthdə sürüşməsinin və masaya cızıqlar qoymasının qarşısını alır.